Saatlıda avtomobillə vurulan piyada ölüb

Saatlıda avtomobillə vurulan piyada ölüb

Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

24media.az APA-ya istinadən xəbər verir ki, Mərkəzi Rayon Xəstəxanasının qarşısında “Mercedes” markalı avtomobillə vurulan piyada dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.