Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

İyunun 23-də Bakıda və Abşeron yarımadasında havanın günəşli olması gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu  gecə 20-25° isti, gündüz  31-35° isti, Bakıda gecə 23-25° isti, gündüz  33-35°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi 758 mm civə sütunu təşkil edəcək. 

Nisbi rütubət  gecə 60-65 %, gündüz 30-35% olacaq.  

Abşeron çimərliklərində gözlənilən hava şəraiti:

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) - Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu  22-23° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) - Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu  24-25° isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında:

Hava əsasən yağmursuz olacaq, lakin axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 22-27° isti təşkil edəcək.