Zaur Dargallı: Marneulidə azərbaycanlı iş adamları üçün çox geniş imkanlar var

Zaur Dargallı: Marneulidə azərbaycanlı iş adamları üçün çox geniş imkanlar var

Bu gün Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda sərmayə qoyuluşu üçün çox yaxşı şərait var. Mən Azərbaycandan olan iş adamlarını Marneuliyə dəvət edirəm.

Bu sözləri Marneuli rayonunun meri Zaur Dargallı Tbilisidə keçirilən 8-ci “Caspian Energy Forum”da deyib.

Mer bildirib ki, Marneuli rayonu turizm, kənd təsərrüfatı və sənaye üçün çox geniş imkanlara malikdir. Rayonda əlverişli investisiya mühiti var. Azərbaycandan olan iş adamları istədikləri sahəyə sərmayə yatıra bilərlər.

O, Azərbaycandan olan iş adamlarını Marneuliyə dəvət edib.