Satmaq öhdəliyi ilə kirayə verilən mənzillər barədə YENİLİK

Satmaq öhdəliyi ilə kirayə verilən mənzillər barədə YENİLİK

24media.az mcfg.az-a istinadən bildirir ki, Prezident İlham Əliyevin yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında Fərmanı ilə bağlı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu yeni məlumatlar paylaşıb. Fondun rəsmi səhifəsinə alınma şərtləri və bununla bağlı kalkulyator daxil edib. 

Satmaq öhdəliyi ilə kirayə verilən yaşayış sahəsinin əldə edilməsi üçün tələb olunan sənədlər:

• Satmaq öhdəliyi ilə kirayə verilən yaşayış sahəsini əldə etmək üçün ediləcək müraciətə ilkin tələblər:

1) ASAN xidmət mərkəzləri tərəfindən verilən gücləndirilmiş elektron imza sertifikatı

2) Elektron İpoteka və Kredit Zəmanət Sistemində gücləndirilmiş elektron imza sertifikatı ilə yaradılan elektron kabinet

3) Elektron İpoteka və Kredit Zəmanət Sistemində yaradılmış elektron kabinet sistemi ilə elektron ərizə-anket formasının doldurulması

• Satmaq öhdəliyi ilə kirayə verilən yaşayış sahəsini əldə etmək üçün edilmiş müraciətə müsbət cavab gələndən sonra Fondun məsul əməkdaşları ilə görüş zamanı tələb olunan sənədlər:

1) kirayəçinin şəxsiyyətini müəyyənləşdirən sənədin notarial təsdiq edilmiş surəti (onunla birgə kirayə götürüləcək yaşayış sahəsində yaşayacaq ailə üzvləri varsa, həmçinin onların şəxsiyyətini müəyyənləşdirən sənədlərin notarial təsdiq edilmiş surətləri)

2) gəlirlərini təsdiq edən sənədlər (əgər kirayəçinin əlavə gəlirləri kimi ailə üzvü də müraciət edirsə, onun gəlirlərini də təsdiq edən sənədlər və şəxsiyyətini müəyyən edən sənədin notarial təsdiq edilmiş surəti)

 Kirayəçi fərdi sahibkar olduqda:

3. Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;

4. Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.

    Qeyd: Tələb olunan sənədlər elektron sistem vasitəsilə, bu mümkün olmadıqda isə kağız daşıyıcılarda təqdim edilməlidir.

• Kirayə müqaviləsinin rəsmiləşdirilməsindən sonra təqdim olunmalı sənədlər:

 Kirayə müqaviləsinin əsli və onun dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər.

Təsdiq edilmiş Qayda Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən  yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi ilə bağlı müvafiq mexanizmin yaradılmasını nəzərdə tutur. Mexanizm çərçivəsində Fond tərəfindən müvafiq yaşayış sahələrinin ölkə vətəndaşlarına satmaq öhdəliyi ilə uzunmüddətli kirayəyə verilməsi həyata keçiriləcəkdir. Kirayə müddətində vətəndaşın mənzil üzərində kirayə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınacaq və mənzildən istifadə ilə bağlı aylıq ödənişlər tam ödənildikdən sonra mənzil kirayəçinin mülkiyyətinə keçəcəkdir.

Fond tərəfindən vətəndaşlara mənzillər tam təmirli, elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş, istifadə üçün yararlı vəziyyətdə kirayəyə veriləcəkdir.

 

24media.az bununla bağlı xüsusi linki təqdim edir: 

http://box5434.temp.domains/~neuronaz/ipoteka/public/homeNew?link=35