Bilgəhdə Rusiya vətəndaşı avtomobillə piyadanı vurdu

Bilgəhdə Rusiya vətəndaşı avtomobillə piyadanı vurdu

Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

24media.az xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, iyunun 19-da saat 22 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Rusiya Federasiyasının vətəndaşı A.Spiridonov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Radiya Əhmədovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.