Jurnalistlər üçün sığorta bazarına dair maarifləndirici seminar keçiriləcək

Jurnalistlər üçün sığorta bazarına dair maarifləndirici seminar keçiriləcək

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), İcbari Sığorta Bürosu (İSB) və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) iyunun 24-də KİV nümayəndələri üçün sığorta bazarı haqqında maarifləndirici seminar keçirəcək.

İSB-dan bildirilib ki, dialoq formasında keçirilən seminarda iştirakçılar sığortanın mahiyyəti, növləri, sığorta riskləri, təkrar sığorta, bazardakı mövcud durum və gələcək layihələr barədə məlumat əldə edə və onları maraqlandıran suallara cavab tapa biləcəklər. Seminar MBNP və İSB-in ekspertləri tərəfindən keçiriləcək. Seminardan sonra iştirakçıların sığorta şirkətlərinə və MBNP-ya ekskursiyası təşkil olunacaq.

Yekunda iştirakçılara sertifikatlar təqdim ediləcək.