Baş prokuror Zakir Qaralov Türkiyənin Baş Ombudsmanı ilə görüşüb

Baş prokuror Zakir Qaralov Türkiyənin Baş Ombudsmanı ilə görüşüb

Bu gün Baş prokuror Zakir Qaralov Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransı çərçivəsində paytaxtda səfərdə olan Türkiyənin Baş Ombudsmanı Şeref Malkoçla görüşüb.

24media.az APA-ya istinadən xəbər verir ki, Baş prokuror tarixən iki xalqın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək, bu əlaqələrin hər iki qardaş ölkənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ədoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.