Bürclər hansı cinayətləri törədə bilər? - MARAQLIDIR

Bürclər hansı cinayətləri törədə bilər?  - MARAQLIDIR

24media.az  ABŞ-da astroloqların cinayətkarlığa meyilli olan bürclər haqqında apardığı maraqlı araşdırmanı diqqətinizə çatdırır. Qeyd edək ki, bu araşdırma Federal Tədqiqatlar Bürosundan alınan siyahı əsasında aparılıb.

Əkizlər

Bu bürc siyahının birinci pilləsində qərarlaşıb. Onlar cəmiyyət üçün zərərsiz olsalar da, özlərinə qarşı heç də o qədər xeyirxah davranmırlar. Bu bürcün daşıyıcıları melanxolik olurlar. Fərqli ruh aləminə malik olmaları ilə seçilən əkizlər xüsusilə, özlərinə qəsd edirlər. Nəticələrə görə, bu bürcdə doğulanlar arasında intihar edərək ölən insanların sayı daha çoxdur.

Dolça

İdarəçilik xüsusiyyətləri güclü olan dolçalar cinayətkarlığa meyilli bürclər sırasında ikinci yerdədir. Öz prinsipləri ilə yaşayan dolçalar təhlükənin özü hesab edilirlər. Onların qurbanı olmadığınız müddətcə cinayətkar ola biləcəkləri ağlınıza belə gəlməz.

Tərəzi

Ədalətli olaraq xarakterizə edilən tərəzilər törətdikləri cinayətlərin sayında da ədalətli olurlar. Siyahıdakı cinayətkarlar arasında tərəzi bürcündə doğulan 10 qatilin insanları cüt-cüt öldürdükləri məlum olub. Hadisələri isə ədaləti bərpa etmək və başqa seçim şansları olmadıqları üçün törətdiklərini deyiblər.

Şir

Diqqət mərkəzində olmağı sevən bürclərdən biri də şirlərdir. Bürcün şəxsi keyfiyyətlərini bu qədər əyani şəkildə tətbiq etməsi isə onu qatil edir. Belə ki, bu bürcdə doğulanlar (xüsusilə qadınlar) törətdikləri cinayətləri tanınmaq, məşhur olmaq məqsədilə etdiklərini deyiblər.

Qız

Qız bürcündə doğulan insanlar psixoloji cəhətdən çox zəif olurlar. Bürcün şəxsi keyfiyyətlərinə məxsus məsuliyyətli və dəqiq olması cinayətlərində də özünü büruzə verir. Qız bürcündən olan qatillərin törətdikləri cinayətlər ən incə məqamına qədər düşünüldüyü üçün dəlilləri tapmaq istintaq şöbəsinin olduqca çox vaxtını alır. Bu bürclərin ağır cinayətlərlərdən çox, dələduzluq, oğurluq, təcavüz kimi cinayətlərdə adları hallanır.

Qoç

Qoçlar təhlükəliliyinə görə altıncı yerdə gəlirlər. Bu bürcün nümayəndələri peşman olduqlarını desələr də, silsilə qətllərinin sayı az deyil. Tərs, inadçı, tez əsəbiləşən olmaları onları peşman olacaqları əməllərə sürükləyən ilkin amillərdəndir. Digər qatil bürclər qoçlarla bir araya gəldikdə yeni İŞİD qruplaşması belə qurula bilər. Tək əldən səs çıxmadığına aldanmayın.

Oğlaq

Oğlaq bürcü olan insanların cinayət sayını demək çətindir. Tarix boyu ən ağır cinayətlərin müəllifləri məhz oğlaq bürcü altında doğulublar.

Balıqlar

Su ünsürü olan balıqların törətdiyi cinayətlərin əksəriyyəti su ilə əlaqəlidir. Balıqların unutqan olmaları təəssüf ki, bu bürc altında doğulan insanlara aid deyil. Balıqlar intiqam hissi ilə yanan bürc olduğu üçün onlara edilən pisliyi unutmurlar. Ələrinə düşən fürsəti isə yaxşı dəyərləndirirlər. Belə ki, balıqların qurbanlarının çoxunun cəsədi dənizdən tapılır.

Buğa

Buğa bürcü cinayəti hökm kimi qəbul edir. Törətdikləri cinayətlərin böyük əksəriyyəti öz şəxsi mənafeləri hesabına olur. Qoç bürcünün keyfiyyətləri ilə eynilik təşkil edən inadçılıq, tərslik onları da qatil olmağa məcbur edir. Buğalar cinayəti pul müqabilində törədirlər.

Oxatan

Dünyada oxatan bürcündən olanların bu qədər qatı cinayətkar olması təəccüblüdür. Cinayət aləminin kralı məhz bunlardır. Bu cinayətlərdə ən az üç şübhəli şəxs tapılır. Siyahıda oxatan bürcü altında doğulan qatillərin cinayət planları çox vaxt ortaqları ilə birlikdə hazırlanır. Ağıllı addımları ilə mafiya lideri, narkobaron ola biləcək oxatanların cinayətləri haqqında fantastik filmlər çəkmək olar. Tarixin ən məşhur cinayətkarları- Pablo Eskobar, Ted Bandi, Çarlz Broson məhz oxatan bürcündən olublar.

Əqrəb

Əqrəblər çox təhlükəli hesab edilir. Bu bürc altında doğulan insanlar iki yerə ayrılır: sülhsevər və davakar. Təbii ki, qatil ola biləcək məhz ikinci variantdır. Mərhəmətsiz əqrəblər cinayətlərində bürcün şəxsi keyfiyyətindən yəni, zəhərdən istifadə edirlər. Ən təhlükəli tərəfləri də məhz budur. Sizi harda, necə və hansı qida növü ilə öldürəcəklərini təxmin edə bilməzsiniz.

Xərçəng

Xərçənglər daha çox qısqanclıq zəminində cinayət törədir. Bu bürc altında doğulan qatillər arasında çoxluq yenə də qadınlardır. Onlar bu sahədə birincidir. Bu bürcün törətdiyi cinayətlər pul, şöhrət üçün deyil. Onlar özlərinə aid olanı onlardan alan kəslərə ölüm hökmü kəsirlər. Daha çox qısqanclıq zəminində öldürməyə meyilli olduqlarını polisə ifadələri əsasında demək olar.