Bu gün:

Erasmus proqramının faydaları nələrdir?


Erasmus təkcə, bir ölk üçün deyil, Avropada yaşayan bütün tələbələr üçün ən populyar mübadilə proqramıdır. Tələbələrə geniş kurs və təhsil proqramları təklif edən Erasmus təcrübəsinin faydalarını aşağıdakı kimi sadalaya bilərik:

  • Xaricdə təhsil almaq istəyən tələbələr üçün Erasmusun bir parçası olmaq, xarici ölkədə məhdud müddətə də olsa yaşamaq təcrübəsi qazanmaq və yeni insanlarla tanış olmaq deməkdir.
  • Səfər etdiyiniz ölkədə xarici dilinizi təkmilləşdirmək, sizin kimi müxtəlif Avropa ölkələrindən olan tələbələrlə təcrübə keçmək və öyrənmək imkanınız olacaq. Litva, Polşa, Slovakiya kimi əksər Avropa ölkələrini seçən tələbələr üçün universitetlər pulsuz dil kursları təklif edir.
  • Erasmus proqramı ilə siz gələcək karyera planlarınız üçün mühüm bir addım atmış və CV-nizə əlavə etmək üçün yaxşı təcrübə qazanmış olacaqsınız. Unutmayın ki, işəgötürənlər xaricdə təhsili və iş təcrübəsi olan işçilərə daha çox rəğbət bəsləyirlər!
  • Əksər tədqiqatlar göstərmişdir ki, Erasmusda iştirak edən tələbələr ailələrindən və yaşayış yerlərindən uzaqda olduqda məsuliyyət hissi keçirirlər. Və təbii ki, ən yaxşı tərəfi odur ki, inkişaf etmiş sosial mühitdə unudulmaz təcrübə keçirib, dostluq mühiti qazanırsınız.

Erasmus ilə siz öz ölkənizin hüdudlarından kənarda hər zaman ziyarət edə biləcəyiniz və sizi ziyarətə gələcək insanlarla tanış olursunuz.

Mənbə: Hotcourses.com

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et