Bu gün:

Erasmus üçün ən yaxşı ölkə və universtetlər


Erasmus üçün ən yaxşı ölkələr hansılardır?

Erasmus proqramı ilə gedə biləcəyiniz 30-dan çox ölkə var, burada universitet həyatınızın ən rəngarəng və həyəcanlı təcrübələrini yaşaya bilərsiniz. Erasmus üçün ən yaxşı ölkələr sırasına İspaniya, Almaniya, Fransa və İtaliya kimi dünyaca məşhur universitetləri və təhsil proqramları olan ölkələr daxildir. Erasmus bütün Aİ-yə üzv dövlətləri və İslandiya, Norveç və Türkiyə kimi ölkələri əhatə edir. Böyük Britaniya Brexit-dən sonra 31 dekabr 2020-ci ildə Erasmus proqramında iştirakını dayandırdı. Erasmus proqramı ilə gedə biləcəyiniz ölkələrin tam siyahısı aşağıdakı kimidir:

  • AB ölkələri: Avstriya, Belçika, Bolqarıstan, Kipr, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç
  • Aİ üzvü olmayan ölkələr: Şimali Makedoniya Respublikası, İslandiya, Lixtenşteyn, Norveç, Serbiya, Türkiyə 

Ən məşhur Erasmus universitetləri hansılardır?

Erasmus proqramına müraciət edərək proqramda iştirak etmək hüququ qazanan tələbələr tərəfdaş Erasmus universitetləri və ölkələrindən özlərinə uyğun olanı seçirlər. Bu mərhələdə tələbə Erasmus ilə nə etmək istədiklərini sadalayaraq qərar verməlidir. Yaxşı təhsil almaq, xarici dil inkişaf etdirmək, yeni yerlər görmək və mədəniyyətləri tanımaq ən bariz olanlardır. Tələbələr arasında ən çox üstünlük verilən Avropanın ən yaxşı Erasmus universitetləri aşağıdakılardır:

  1. Siena Universiteti - İtaliya
  2. Krakov İqtisadiyyat Universiteti - Polşa
  3. Vilnüs Gediminas Texniki Universiteti - Litva
  4. VU Universiteti Amsterdam - Hollandiya
  5. Münhen Tətbiqi Elmlər Universiteti - Almaniya

Mənbə: Hotcourses.com

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et