Lənkəranda "Son zəng" günü məzunlar qəzaya düşdü

Lənkəranda

Lənkəranda "Son zəng" günü məzunlar qəzaya düşüblər.

24media.az APA-ya istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə, 2001-ci il təvəllüdlü Adil Məmməd oğlu Həsənzadə xəsarət alıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan şəxs reanimasiya şöbəsinə qəbul edilib.

Bildirilir ki, qəzaya uğrayan avtomobil taksi xidməti göstərirmiş. Hadisə zamanı avtomobildə olan sərnişinlərin 4-ü də məzun olub.

Faktla bağlı araşdırma aparılır.