İran və Çin liderləri görüşüb

İran və Çin liderləri görüşüb

  İran və Çin lideri arasında görüş olub.

  24media.az-ın  “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, Həsən Ruhani və Si Cinpin arasında görüş Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının 19-cu zirvə toplantısı çərçivəsində baş tutub.
  “ABŞ hökumətinin İran, Çin və digər ölkələrə qarşı təzyiqləri Asiya regionunda və dünyada hökmranlığı ələ almağa yönəlib. İran və Çinin ABŞ-ın təktərəfli siyasətinə qarşı mübarizəsi hər iki ölkənin, Asiya regionun və ümumilikdə dünyanın marağına uyğundur. İran xalqı sübut edib ki, xarici təzyiqlər onu sarsıtmır, əksinə birləşdirir və daha dözümlü edir”,- deyə H.Ruhani görüş zamanı bildirib.
  Çinin sədri S.Cinpin isə ölkəsinin İranla regional və beynəlxalq səviyyədə əməkdaşlığı genişləndirməyə hazır olduğunu deyib.