Bu gün:

Obama aralıq seçkiləri öncəsi Demokratlara dəstək kampaniyasında Trampı tənqid edib


ABŞ-nin keçmiş prezidenti Barak Obama aralıq seçkiləri öncəsi Demokratlara dəstək kampaniyası apararkən Tramp administrasiyasını İran müharibəsi və istehlak qiymətlərinin artması ilə bağlı tənqid edib.

24media.az BBC News saytına istinadən xəbər verir ki, Obama şənbə günü Ohayo ştatında keçirilən mitinqdə çıxış edərək deyib: “Bu seçki administrasiyanın bəzi düşünülməmiş addımlarının qarşısını almaq üçün son və ən yaxşı şansımızdır”.

Bu arada, ABŞ Prezidenti Donald Tramp Corciya ştatında keçirilən mitinqdə administrasiyasının immiqrasiya və gömrük rüsumları siyasətini tərifləyib. O, tərəfdarlarına müraciət edərək, “Biz Amerikanın qızıl dövründəyik”, – deyib.


Nərmin Nəcəfova

Paylaş
Şərh əlavə et