Şəhər administrasiyasının mətbuat xidmətinin məlumatına görə, oktyabrın 25-nə keçən gecə Krasnodarda dron hücumu təhlükəsi ilə əlaqədar sirenalar işə düşüb. Şəhər mərkəzində “Hamının diqqətinə!” xəbərdarlığı səsləndirilib.
Dronun hücumu
24media.az News.ru saytına istinadən xəbər verir ki, şəhər administrasiyasının məlumatına görə, Kras darda dron hücumunun qarşısı alınıb. Hakimiyyət orqanları şəhər sakinlərini və qonaqlarını sakit olmağa və təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıb.
Bryansk vilayətinin qubernatoru Yeqor Kovalçukun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin vilayətin Poqarski rayonunun Borşçovo kəndində kənd təsərrüfatı müəssisəsinə məxsus mikroavtobusa dron hücumu nəticəsində iki kişi həlak olub. Daha iki nəfər — bir kişi və bir qadın yaralanıb. Onlara hazırda tibbi yardım göstərilir.
Daha əvvəl qondarma Luqansk Xalq Respublikasının rəhbəri Leonid Paseçnik Ukrayna Silahlı Qüvvələrinin bölgəyə yenidən hücum etdiyini bildirib. Onun sözlərinə görə, hücum nəticəsində üç nəfər həlak olub, daha iki nəfər yaralanıb. Pervomaysk şəhər dairəsində Ukrayna qüvvələri mərhumun dəfn mərasimi üçün istifadə olunan avtomobilə zərbə endirib. Paseçnik mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.
Əli Balayev
