Microsoft-un hazırladığı süni intellekt sistemi mürəkkəb xəstəliklərin diaqnostikasında həkimlərdən 2,3 dəfə daha dəqiq nəticə göstərib.

24media.az TRT Haber saytına istinadən xəbər verir ki, “Microsoft” şirkətinin hazırladığı süni intellekt əsaslı tibbi diaqnostika sistemi mürəkkəb tibbi halların təhlilində həkimlərdən daha yüksək nəticə göstərib.
Araşdırma çərçivəsində “MAI-DxO” adlı sistem “The New England Journal of Medicine” jurnalında dərc olunan 304 mürəkkəb tibbi hadisəni təhlil edib. Nəticələrə görə, sistem açıq mənbələrdən, o cümlədən kitablardan və internetdən istifadə edən həkimlərlə müqayisədə 2,3 dəfə, əlavə mənbələrə müraciət etməyən həkimlərlə müqayisədə isə 3,7 dəfə daha yüksək diaqnostik dəqiqlik göstərib.
Araşdırmanın nəticələri “Science” jurnalında dərc olunub. Bununla belə, tədqiqatın keçmiş tibbi hadisələr əsasında simulyasiya şəraitində aparıldığı və müqayisənin real həkimlərin iştirakı olmadan həyata keçirildiyi bildirilib.
Fidan Mənsimova
