Bu gün:

Tramp müsəlman namizəd El-Sayedi “cihadçı” adlandırıb


ABŞ Prezidenti Donald Tramp Miçiqan ştatından Senata namizəd olan müsəlman Abdul əl-Seyyidi “amansız və zorakılığa meyilli cihadçı” adlandırıb.

24media.az TRT Haber saytına istinadən xəbər verir ki, Tramp Respublikaçıların Floridadakı seçki kampaniyasına dəstək vermək üçün Ağ Evdən ayrılmazdan əvvəl jurnalistlərə açıqlama verib.

Noyabrın 3-də keçiriləcək aralıq seçkilərlə bağlı sualları cavablandıran Tramp əl-Seyyid haqqında “O, amansız, zorakılığa meyilli cihadçıdır” deyib. Prezident onun ABŞ hökumətində yerinin olmadığını iddia edib.

Miçiqan seçicilərinə təsir göstərmək məqsədilə əl-Seyyidin müsəlman kimliyinə işarə edən Tramp deyib: “Əslində, onun ata adı Məhəmməddir. Bunu bilirsiniz? Adı Abdul Məhəmməddir. O, saxtakardır. Tamamilə saxtakardır. Saxtakarlara isə yer verə bilmərik”.

Tramp əl-Seyyidi ABŞ Konqresində görmək istəmədiyini də bildirib: “Bu adamı təsəvvür edə bilirsiniz? O, “Müsəlman Qardaşlar”ın üzvü olub, yəqin ki, hələ də elədir”.

Tramp: “Respublikaçılar qalib gələcək, amma çıxılmaz vəziyyət yaranarsa, hər şeyi veto edəcəyəm”

Aralıq seçkilərdə qalib gələcəklərinə əminliyini bildirən Tramp əks halda veto hüququndan istifadə edəcəyinə işarə edib.

“Məncə, Respublikaçılar qalib gələcək, amma çıxılmaz vəziyyət yaranarsa, hər şeyi veto edəcəyəm. Sonra Demokratlar gəlib razılaşma əldə etmək istəyəcəklər. Biz də bunu həll edərik”, – deyə Tramp bildirib.


Fidan Mənsimova



Paylaş
Şərh əlavə et