Bu gün:

Qərb Sahilində hücum nəticəsində iki İsrail əsgəri öldürülüb


İsrail ordusunun məlumatına görə, işğal altındakı İordan çayının qərb sahilində iki fələstinlinin iştirak etdiyi bildirilən hücum nəticəsində açılan atəş nəticəsində iki İsrail əsgəri öldürülüb.

24media.az BBC News saytına istinadən xəbər verir ki, hücum zamanı daha üç İsrail əsgəri yaralanıb. Hadisə Hebron şəhərinin girişində yerləşən nəzarət-buraxılış məntəqəsində baş verib. Hücum edən 2 şəxs isə güllələnərək öldürülüb.

Baş nazir Benyamin Netanyahu bildirib ki, İsrail ordusu hücumçuların gəldiyi Hebron məhəlləsini “məhv edəcək”. O, həmçinin İsrailin İordan çayının qərb sahilində genişmiqyaslı əməliyyat keçirməyə hazır olduğunu bildirib.

Nərmin Nəcəfova

Paylaş
Şərh əlavə et