Bu gün:

“Beşiktaş” “Kristal Pelas”la heç-heçə edib


UEFA Avropa Liqasının liqa mərhələsinin III turunda “Beşiktaş” doğma meydanda İngiltərənin “Kristal Pelas” klubu ilə qarşılaşıb. İstanbulda yerləşən Tüpraş stadionunda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. 

24media.az UEFA-nın rəsmi məlumatına istinadən xəbər verir ki, qarşılaşmanın ilk hissəsində hesabı 45+2-ci dəqiqədə Uilfred Ndidi açıb. Fasilədən sonra təşəbbüsü ələ alan qonaqlar 51-ci dəqiqədə Yeremi Pino, 55-ci dəqiqədə isə Jan-Filip Matetanın qolları ilə hesabda önə keçiblər.

“Qara qartallar” məğlubiyyətlə barışmayaraq 73-cü dəqiqədə Cuni­or Olaytanın fərdi ustalığı sayəsində tarazlığı bərpa ediblər. 77-ci dəqiqədə Ümit Akdağın qırmızı vərəqə alaraq meydandan qovulması meydan sahiblərinin işini çətinləşdirib.

Beləliklə, tərəflər hərəyə bir xal qazanıblar. “Beşiktaş” Avropa Liqasının əvvəlki iki turunda “Marsel”i 4:1, “Hoffenhaym”ı isə 3:2 hesabı ilə məğlub edib. İstanbul təmsilçisi növbəti turda Şotlandiyanın “Seltik” klubu ilə üz-üzə gələcək.

Cəfərov Ömər

Paylaş
Şərh əlavə et