Birləşmiş Ərəb Əmirlikləri cümə günü dənizdəki tankerdən sızan neftin qarşısını almaq üçün tədbirlərin davam etdirildiyini bildirib. Hadisə ilə əlaqədar hakimiyyət orqanları bəzi çimərlikləri bağlayıb və balıqçılara həmin ərazidən uzaq durmağı tövsiyə edib.

24media.az Reuters-ə istinadən xəbər verir ki, ABŞ və İsrailin İranla müharibəyə başlamasından sonra Körfəzdə gəmiçilik marşrutlarında kommersiya gəmilərinə edilən hücumlar dəniz nəqliyyatı üçün təhlükəsizlik risklərini artırıb və münaqişənin ətraf mühitə təsiri ilə bağlı narahatlıqları gücləndirib.
BƏƏ-nin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyi açıqlamasında neft sızmasının qarşısını almaq üçün əməliyyatlara başlanıldığını və ətraf mühitə təsirin qiymətləndirildiyini bildirib.
Bəyanatda qeyd olunub ki, texniki qruplar qiymətləndirməni başa çatdırana və lazımi təhlükəsizlik və dəniz mühitinin mühafizəsi tədbirlərini müəyyənləşdirənə qədər Ümm əl-Kveyn ətrafındakı bütün çimərliklər və sahil əraziləri müvəqqəti bağlanıb.
Nazirlik balıqçıları və digər dəniz istifadəçilərini təsirlənmiş ərazilərdən uzaq durmağa və rəsmi göstərişlərə əməl etməyə çağırıb.
Aygül Alıyeva
