UEFA Konfrans Liqasının ikinci turunda Şotlandiyanın “Hearts” komandasını 2:0 hesabı ilə məğlub edən “Trabzonspor”un baş məşqçisi Tomas Reis iki oyunda qazanılan 6 xalın onu sevindirdiyini bildirib.
24media.az TRT Haberə istinadən bildirir ki,Reis Papara Parkda keçirilən qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında ilk 15-20 dəqiqədə oyuna uyğunlaşmaqda bir qədər çətinlik çəkdiklərini bildirib.
“Əslində, bu, normal bir haldır. Komandada çoxsaylı dəyişikliklərin olduğunu görə bilirik. Tamamilə yeni bir orta sahəmiz var idi. Müdafiənin dördlüyündə də dəyişikliklər edilmişdi”, – deyə o bildirib.
Matçda ilk qol fürsətinin rəqib komandaya məxsus olduğunu qeyd edən Reis sözlərinə belə davam edib:
“Dirəkdən dönən bir baş zərbələri oldu. Bundan başqa, əslində, matçın ümumi gedişatında daha yaxşı oynayan tərəf biz idik. Yaxşı qol imkanlarımız da var idi. Qolun vurulması ilə oyuna nəzarət bizim tərəfimizə keçdi və ikinci hissədə üstünlük qazandıq. İki oyunda 6 xal topladıq. Bu xallar məni çox sevindirir”.
Fəqan Nurullazadə
