Bu gün:

Prezident Ərdoğan: Bu millətin qardaşlığından əl çəkin artıq


Prezident Rəcəb Tayyib Ərdoğan müxalifətin “müharibədəyik” açıqlamasına reaksiya verərək, bölücülük və ayrı-seçkilikdən əl çəkməyə çağırıb.

24media.az TRT Haberə istinadən bildirir ki,Prezident Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup iclasında etdiyi çıxışında yol qəzası nəticəsində həyatını itirən Üsküdar Bələdiyyəsinin sədr müavini Dündar Ziya Gültekini yad edib, onun vəfatından sonra sosial mediada aparılan çirkin kampaniyalara etirazını bildirib.

Çıxışına zalı dolduran partiya üzvlərini, millət vəkillərini və Türkiyənin 81 vilayətində fəaliyyət göstərən partiya təşkilatlarının nümayəndələrini salamlayaraq başlayan Prezident Ərdoğan, Türkiyənin ölkə daxilində, xaricdə və regionda mühüm hadisələrin baş verdiyi həssas bir dövrdən keçdiyini vurğulayıb.

Tərcümə etdi: Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et