İngiltərədə antiterror polisi bildirib ki, ötən ay RAF Fairford aviabazası yaxınlığında baş verən hadisədən sonra iki kişi yenidən həbs edilib.
24media.az BBC News saytına istinadən xəbər verir ki, 24 yaşlı Britaniya vətəndaşı və 25 yaşlı ikili — Britaniya və İran vətəndaşlığı olan şəxs — 2023-cü il Milli Təhlükəsizlik Aktının 3-cü maddəsinə əsasən, xarici kəşfiyyat xidmətinə kömək etməkdə şübhəli bilinərək saxlanılır.
Sentyabrın 27-də səhər tezdən Qlosterşirdə yerləşən ABŞ aviabazasının yaxınlığında üç şübhəli avtomobil barədə polisə məlumat verilib. Daha sonra hadisə ciddi insident kimi qiymətləndirilib və onlarla evin sakinləri təxliyə edilib.
Nərmin Nəcəfova
