Bu gün:

FİFA Misir millisinin baş məşqçisini və iki futbolçusunu cəzalandırıb



Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) Misir millisinin baş məşqçisi Hossam Həsənə üç, komandanın hücumçusu Mustafa Zikoya isə beş oyunluq diskvalifikasiya cəzası verib. Misir Futbol Assosiasiyasının açıqlamasına əsasən, qərar 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Argentina millisinə qarşı keçirilən və Misirin 2:3 hesablı məğlubiyyəti ilə başa çatan görüşdən sonra hakim qərarlarına yönələn tənqidlərə görə qəbul olunub.


24media.az Reutersə istinadən bildirir ki, Misir millisinin komanda direktoru İbrahim Həsən də üç oyunluq diskvalifikasiya ilə üzləşib. Hossam Həsən hakim qərarlarını tənqid etdiyinə, Mustafa Ziko isə oyundan sonra hakimə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə cəzalandırılıb. Misir Futbol Assosiasiyası qərarın əsaslandırılmasını tələb edib və mümkün apellyasiya müraciətini nəzərdən keçirir.

Qeyd edək ki, Argentina ilə qarşılaşmada Mustafа Zikonun vurduğu qol qayda pozuntusu səbəbindən qeydə alınmayıb. Görüşün sonlarında Misir tərəfi penalti təyin olunmasını da tələb edib. Mübahisəli hakim qərarları qarşılaşmadan sonra geniş müzakirələrə səbəb olub.

FİFA-nın qərarı Misir millisinin qarşıdakı beynəlxalq oyunlarda heyət və məşqçi korpusu baxımından seçim imkanlarına təsir göstərə bilər. Misir Futbol Assosiasiyasının mümkün apellyasiya ilə bağlı yekun qərarı isə ayrıca diqqət mərkəzindədir.

Ömər Cəfərov

Paylaş
Şərh əlavə et