Bu gün:

Fransadakı iqtisadi böhran ABŞ üçün də təhlükə yarada bilər


Fransada artan dövlət borcu və büdcə kəsiri ölkəni maliyyə böhranına yaxınlaşdırır. Ekspertlər ABŞ-da da oxşar problemlərin yarana biləcəyini bildirirlər.

24media.az BBC.newsa istinadən xəbər verir ki,Fransanın dövlət borcu ümumi daxili məhsulunun (ÜDM) təxminən 119 faizinə çatıb. Ölkənin büdcə kəsiri isə ÜDM-in 5,4 faizini təşkil edir. Enerji qiymətlərinin və borclanma xərclərinin artması vəziyyəti daha da çətinləşdirir.


Böhranın qarşısını almaq üçün vergilərin artırılması və dövlət xərclərinin azaldılması təklif olunur. Lakin bu addımlar əhali arasında narazılığa səbəb ola bilər.


ABŞ-da da dövlət borcu və büdcə kəsiri yüksək səviyyədədir. Ölkənin dövlət borcunun faizlərinin ödənilməsinə ildə 1 trilyon dollardan çox vəsait xərclənir.


Bununla belə, ABŞ dollarının beynəlxalq ehtiyat valyutası olması və ölkə iqtisadiyyatının böyüklüyü maliyyə risklərini azaldan əsas amillər hesab edilir. Süni intellekt sahəsinə yatırılan investisiyalar da iqtisadi artımı dəstəkləyir.


ABŞ üçün əsas risklərdən biri dövlət borcunun yuxarı həddinin artırılması ilə bağlı siyasi fikir ayrılıqlarıdır. Konqresdə razılıq əldə olunmasa, ölkə borclarını ödəməkdə çətinlik çəkə və texniki defoltla üzləşə bilər.


İqtisadçı Mark Zandi ABŞ-nin gələn ilin oktyabr ayının sonuna qədər borc limitini aşmasının mümkün olduğunu bildirib.


Bununla belə, ekspertlərin qiymətləndirməsinə görə, ABŞ-nin yaxın zamanda Fransa ilə eyni maliyyə böhranına düşməsi gözlənilmir.

Banuçiçək Qurbanova


Paylaş
Şərh əlavə et