“Qalatasaray” UEFA Çempionlar Liqasının üçüncü turunda sabah səfərdə Fransanın “Lill” komandası ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 19:45-də başlayacaq qarşılaşma TRT 1 və TRT Radio 1 kanallarında canlı yayımlanacaq.

24media.az TRT SPORTS-a istinadən bildirir ki, Fransanın Villeneuve-d’Ascq şəhərində yerləşən Pierre Mauroy stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:45-də başlayacaq. Oyunu Sloveniyalı hakim Rade Obrenoviç idarə edəcək.
UEFA Çempionlar Liqasının ilk turunda Portuqaliyanın “Sportinq” komandasının qonağı olan “Qalatasaray” 3:1 hesabı ilə məğlub olub. Növbəti oyunda isə doğma meydanda İspaniya nəhəngi “Barselona”ya 4:1 hesabı ilə uduzub.
Bu mövsüm turnirdəki ilk matçında İspaniyanın “Real Betis” komandasını doğma meydanda qəbul edən “Lill” 3:2 hesabı ilə məğlub olub. Növbəti turda isə İngiltərənin “Arsenal” komandasına səfərdə 3:0 hesabı ilə uduzub.
Hər iki komanda sabah ilk xalını və ya xallarını qazanmaq üçün meydana çıxacaq.
Tərcümə etdi: Fəqan Nurullazadə
