Bu gün:

Fransada etirazlardan sonra bəzi bölgələrdə komendant saatı tətbiq ediləcək


Fransanın Baş naziri Sebastyan Lekornu Parisdə ümumi komendant saatı tətbiqini istisna edib, lakin müəyyən ərazilərdə qismən komendant saatı və fövqəladə vəziyyət elan edilməsinin mümkün olduğunu bildirib.

24media.az Reuters-ə istinadən xəbər verir ki, Fransanın mərkəzi hökuməti həftəsonu baş verən iğtişaşlar və talanlardan sonra bəzi yerli hakimiyyət orqanlarından komendant saatı tətbiq etməyi istəyib. Hökumət bu addımı ölkə üzrə hökumət əleyhinə etirazlar fonunda təhlükəsizliklə bağlı yaranan problemlərə görə atıb.

İğtişaşlardan sonra bəzi şəhər rəhbərləri təhlükəsizlik baxımından müdafiəsiz qaldıqlarını bildiriblər. Həmçinin həmkarlar ittifaqları noyabrın 5-də ölkə üzrə ümumi tətil keçirilməsinə çağırış ediblər.



Nuray Ədilzadə

Paylaş
Şərh əlavə et