Bu gün:

“Latsio” səfərdə “Yuventus”u 3:0 hesabı ilə məğlub edib


İtaliya A Seriyasının VII turunda “Yuventus” doğma meydanda “Latsio” ilə qarşılaşıb. Turindəki “Alians” stadionunda keçirilən görüş qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

24media.az Reuters agentliyinə istinadən xəbər verir ki, “Latsio”nun heyətində Oliver Provstqor 37-ci dəqiqədə hesabı açıb. Görüşün 66-cı dəqiqəsində Qustav İsakson fərqi iki topa çatdırıb. Matçın 89-cu dəqiqəsində Fisayo Dele-Başiru üçüncü qolu vuraraq komandasının qələbəsini rəsmiləşdirib.

Oyunun gedişində “Yuventus” hesab arasındakı fərqi azaltmağa çalışsa da, rəqib komandanın müdafiəsini yarmaqda çətinlik çəkib. “Latsio” isə əks-hücum imkanlarından səmərəli istifadə edərək vacib üç xal qazanıb.

Bu nəticədən sonra “Latsio” 19 xalla turnir cədvəlinin zirvəsində “İnter”lə eyni xala sahib olub. “Yuventus” isə doğma meydanda aldığı ağır məğlubiyyətlə azarkeşlərini məyus edib.  

Cəfərov Ömər

Paylaş
Şərh əlavə et