Bu gün:

ABŞ Yaxın Şərqdəki vətəndaşlarını ehtiyatlı olmağa çağırıb


ABŞ Yaxın Şərqdəki vətəndaşlarını hava limanları və hava yolu əməliyyatları ilə bağlı məlumatları izləməyə, regiondakı “mürəkkəb” təhlükəsizlik vəziyyətinə görə daha ehtiyatlı olmağa çağırıb.


24media.az Trt Xəbərə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin konsulluq işləri üzrə bölməsinin ABŞ-nin X sosial şəbəkəsindəki hesabında məsələ ilə bağlı açıqlama verilib.


Açıqlamada Yaxın Şərqdə olan ABŞ vətəndaşları regiondakı “mürəkkəb” təhlükəsizlik vəziyyətinə görə daha ehtiyatlı olmağa çağırılıb. Mümkün uçuşların ləğvi, hava məkanının bağlanması və səyahətlərdə yarana biləcək fasilələrə qarşı diqqətli olmağın vacibliyi vurğulanıb.


Yəməndəki İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində mülki obyektlərə və kritik infrastruktura zərər dəydiyi xatırladılan açıqlamada bunun səyahətlərdə fasilələrə səbəb olduğu bildirilib.


Açıqlamada bu hadisələrin Yaxın Şərqdən kənara da sürətlə yayılma potensialına malik olduğuna diqqət çəkilib.


“Yaxın Şərqə səfər edən və ya Yaxın Şərqdən gələn amerikalılar hava limanları və hava yolu əməliyyatları ilə bağlı məlumatları izləməli, əvvəlcədən fövqəladə hallar üçün planlar hazırlamalıdırlar”, – deyə açıqlamada bildirilib.


Nəzrin Nəsirova

Paylaş
Şərh əlavə et