Bu gün:

Rusiyada Ukrayna kəşfiyyatı ilə əməkdaşlıq edən gizli şəbəkələr fəaliyyət göstərir


Rusiyada Ukrayna kəşfiyyatına işlədiklərini iddia edən şəxslər hərbi obyektlər barədə məlumat topladıqlarını və mümkün hücumlara dəstək verdiklərini bildiriblər.

 Foma könüllülərə zabitləri izləməyi öyrədir, BBC

24media.az BBC-yə istinadən xəbər verir ki, Ukraynanın hərbi kəşfiyyat xidməti ilə əməkdaşlıq etdiyini deyən iki rusiyalı — “İvan” və “Foma” təxəllüslü şəxslər bu barədə BBC-nin sənədli filmi üçün açıqlamalar veriblər.

Rusiyada yaşayan İvan hərbi obyektlərin müşahidəsində və pilotsuz uçuş aparatları ilə mümkün hücumlara hazırlıq prosesində iştirak etdiyini iddia edib. Polşada mühacir həyatı yaşayan Foma isə Rusiyada fəaliyyət göstərən könüllülər şəbəkəsi vasitəsilə yüksək rütbəli hərbçilər haqqında məlumat topladıqlarını bildirib. Onun sözlərinə görə, şəbəkə hücumları həyata keçirmir, yalnız məlumatları Ukrayna tərəfinə ötürür.

BBC qeyd edir ki, Ukrayna hərbi kəşfiyyatı hər iki şəxsin qurumla əməkdaşlıq etdiyini təsdiqləsə də, onların açıqlamalarında yer alan konkret əməliyyatları müstəqil şəkildə yoxlamaq mümkün olmayıb. Buna görə də iddiaların bir hissəsi təsdiqlənməmiş qalır.

İvan və Foma Ukraynanın müharibədə qalib gəlməsinin Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətinə təsir göstərə biləcəyini düşünürlər. Onlar fəaliyyətlərini Rusiyanın müharibə siyasətinə qarşı mübarizə ilə əlaqələndirirlər. 

Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et