Bu gün:

Fələstin Qəzzada şagirdlərin müdafiəsi üçün çağırış edib


Fələstin Təhsil Nazirliyi İsrailin son 24 saat ərzində Qəzzada 3 şagirdi öldürdüyünü bildirərək, uşaqların müdafiəsi üçün beynəlxalq ictimaiyyətə çağırış edib.

24media.az TRT Haber saytına istinadən xəbər verir ki, nazirliyin yazılı açıqlamasında Qəzzada şagirdlərin həyatını təhdid edən təhlükələrin artdığı qeyd olunub. Açıqlamada BMT-nin Uşaq Fonduna (UNICEF) və beynəlxalq insan hüquqları təşkilatlarına uşaqların müdafiəsinin təmin edilməsi, onların məktəblərə və təhsil müəssisələrinə təhlükəsiz şəkildə gedib-gəlməsinə şərait yaradılması, eləcə də baş verən pozuntuların sənədləşdirilməsi çağırışı edilib. Yerli medianın məlumatına görə, həlak olan şagirdlərdən ikisi İsrail hərbçilərinin açdığı atəş nəticəsində, digəri isə məktəbdən qayıdarkən baş verən hava hücumu zamanı həyatını itirib.

Fidan Mənsimova

Paylaş
Şərh əlavə et