Bu gün:

Baytar pişiklərin nə vaxt çimizdirilməli olduğunu açıqlayıb


Baytar həkim Yelena Frolenkonun sözlərinə görə, pişikləri yalnız ehtiyac olduqda çimizdirmək lazımdır. Sağlam pişiklər hər gün özlərini yalayaraq təmizləyirlər. Buna görə də evdə yaşayan və özünə qulluq edən pişikləri müntəzəm çimizdirməyə ehtiyac yoxdur. Su ilə çimizdirilmək onlarda stress yarada bilər.

Foto: vet39.ru

24media.az gazeta.press saytına istinadən xəbər verir ki, bəzən pişiklərin tükləri solğunlaşır, tez yağlanır və kəpək yaranır. Lakin bu problemlər həmişə gigiyena ilə bağlı olmur. Baytar bildirir ki, düzgün qidalanmamaq da tüklərin sağlamlığına təsir edir. Zülal, vitamin və faydalı yağlarla zəngin qidalanma dərinin və tüklərin sağlam qalmasına kömək edir.

Pişik yapışqan, zəhərli və ya çətin təmizlənən maddə ilə çirkləndikdə onu çimizdirmək lazımdır. Çünki heyvan özünü yalayarkən bu maddələri orqanizminə qəbul edə bilər. Həmçinin dəri xəstəliklərinin müalicəsi zamanı və pişik özünə qulluq edə bilmədikdə çimizdirmə lazım ola bilər.

Uzun tüklü pişikləri də daha tez-tez çimizdirmək lazım deyil. Fars, Meyn-kun və Sibir pişikləri kimi cinslər üçün müntəzəm daranmaq daha vacibdir. Bu, tüklərin dolaşmasının və düyünlənməsinin qarşısını alır. Həmçinin pişiyin özünü yalayarkən çoxlu tük udmasını azaldır.

Baytarın sözlərinə görə, pişikləri çimizdirmək üçün dəqiq vaxt cədvəli yoxdur. Bəzi pişikləri ömürləri boyu heç çimizdirməmək normaldır. Digərlərinə isə tüklərinin xüsusiyyətlərinə və sağlamlıq vəziyyətlərinə görə ildə bir neçə dəfə çimizdirmək lazım gələ bilər. Əsas məsələ təqvimə deyil, hər bir pişiyin ehtiyaclarına uyğun davranmaqdır.

Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et