Türkiyə Super Liqasında 8-ci turun qarşılaşmaları oktyabrın 16-da keçiriləcək bir oyunla başlayacaq. Həftə ərzində diqqətçəkən görüşlərdən biri də “Trabzonspor” və “Beşiktaş” komandaları arasında baş tutacaq derbi olacaq.

24media.az-ın EAGLE MEDIA saytına istinadən verdiyi məlumata görə, turun açılış oyununda “Arca Çorum FK” oktyabrın 16-da saat 20:00-da “Çaykur Rizespor”u qəbul edəcək. Qarşılaşma Çorum Şəhər stadionunda keçiriləcək.
“Qalatasaray” oktyabrın 17-də səfərdə “Gənclərbirliyi” ilə qarşılaşacaq. Eryaman stadionunda keçiriləcək oyun saat 16:00-da başlayacaq. Həmin gün “Fənərbağça” da öz meydanında “Corendon Alanyaspor”u qəbul edəcək. Chobani stadionunda baş tutacaq görüşün start fiti saat 19:00-da səslənəcək.
Oktyabrın 17-də daha iki qarşılaşma keçiriləcək. Saat 13:30-da “Ərzurumspor FK” “Eyüpspor”la, saat 16:00-da isə “Amed Sportif Faaliyetler” “TÜMOSAN Konyaspor”la üz-üzə gələcək.
Oktyabrın 18-də azarkeşləri üç oyun gözləyir. Saat 13:30-da “Kasımpaşa” “Samsunspor”u qəbul edəcək. Saat 16:00-da “Kocaelispor” və “Göztəpə” qarşılaşacaq. Günün son oyununda isə saat 19:00-da “İstanbul Başakşehir” “Qaziantep FK” ilə mübarizə aparacaq.
8-ci turun son qarşılaşması oktyabrın 19-da keçiriləcək. Saat 20:00-da “Trabzonspor” öz meydanında “Beşiktaş”ı qəbul edəcək. Papara Park stadionunda baş tutacaq bu derbi turun son oyunu olacaq.
Super Liqanın 8-ci turunun oyun cədvəli:
- 16 oktyabr, 20:00: “Arca Çorum FK” – “Çaykur Rizespor”
- 17 oktyabr, 13:30: “Ərzurumspor FK” – “Eyüpspor”
- 17 oktyabr, 16:00: “Gənclərbirliyi” – “Qalatasaray”
- 17 oktyabr, 16:00: “Amed Sportif Faaliyetler” – “TÜMOSAN Konyaspor”
- 17 oktyabr, 19:00: “Fənərbağça” – “Corendon Alanyaspor”
- 18 oktyabr, 13:30: “Kasımpaşa” – “Samsunspor”
- 18 oktyabr, 16:00: “Kocaelispor” – “Göztəpə”
- 18 oktyabr, 19:00: “İstanbul Başakşehir” – “Qaziantep FK”
- 19 oktyabr, 20:00: “Trabzonspor” – “Beşiktaş”
Nazim Xeyirxəbərli
