Almaniyanın Köln-Bonn hava limanında 90-dan çox kərtənkələ və zəhərli ilanı ölkəyə qanunsuz keçirməyə çalışan şəxs saxlanılıb.

Foto: German Customs
24media.az bbc.com saytına istinadən xəbər verir ki, gömrük əməkdaşlarının bildirdiyinə görə, 45 yaşlı meksikalı yanğınsöndürən hava limanında bəyan ediləcək əşyası olmayan sərnişinlər üçün nəzərdə tutulmuş yaşıl dəhlizdən keçməyə çalışarkən “şübhəli dərəcədə həyəcanlı” görünüb.
Gömrük əməkdaşları əvvəlcə kişidən narkotik testi götürüblər. Testin nəticəsi kokainə görə müsbət olub. Bundan sonra onun çamadanını yoxlamaq qərarına gəliblər.
Çamadanda narkotik maddə tapılmasa da, oradan gürzələr, çınqıllı ilanlar və iquanalar da daxil olmaqla müxtəlif növ ilan və kərtənkələlər aşkar edilib. İlanlar və kərtənkələlər şampun və krem qablarında, plastik konteynerlərdə, eləcə də corabların arasında gizlədilib.
Aysel Mehtizadə
