Bu gün:

İstanbulda ölənlərin sayı 4-ə çatıb


İstanbulda güclü yağışdan sonra baş verən fəlakət nəticəsində həyatını itirənlərin sayı 4-ə yüksəlib.

24media.az TRT Haber-ə istinadən xəbər verir ki, İstanbulda yağan, axşam saatlarından etibarən şiddətini artıran güclü leysan Sarıyer rayonunun Ayazağa məhəlləsində selə səbəb olub.

Baş verən sel nəticəsində həyatını itirənlərin sayı Sarıyer rayonunda körpünün altında bir nəfərin meyitinin tapılması ilə 4-ə yüksəlib.

Polis əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görərkən, hadisə yeri üzrə istintaq qrupu da öz işini aparıb. Araşdırma nəticəsində meyitin Turgut Dursuna məxsus olduğu müəyyən edilib.

Əməliyyat qruplarının işlərini başa çatdırdıqdan sonra meyit Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Mərkəzinə aparılacaq.


 Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et