Bu gün:

Polşada baş nazir və müdafiə nazirini hədəf alan sui-qəsddə şübhəli bilinən şəxs saxlanılıb


Polşada baş nazirə və müdafiə nazirinə hücum planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanılıb.24Media.az Anews-a istinadən xəbər verir ki, Polşada Baş nazir Donald Tusk və müdafiə naziri Vladislav Kosinyak-Kamışa hücum planlaşdırmaqda şübhəli bilinən 60 yaşlarında bir kişi saxlanılıb.

Daxili işlər naziri Marçin Kervinski bildirib ki, şübhəli ölkənin cənubundakı Aşağı Sileziya bölgəsində saxlanılıb. Onun sözlərinə görə, təhlükəsizlik xidmətləri şübhəlini internetdə paylaşdığı məzmunun təhlili nəticəsində müəyyən ediblər.

Xüsusi xidmət orqanlarının sözçüsü Yatsek Dobjinski bildirib ki, hakimiyyət orqanları mümkün hücum barədə məlumat alıb və təhdidi ciddi qiymətləndirir.

Daxili İşlər Nazirliyinin sözçüsü Karolina Qaleçkanın sözlərinə görə, nazirlərin mühafizəsinə cavabdeh olan Dövlət Mühafizə Xidməti mümkün hücumla bağlı məlumatı elektron poçt vasitəsilə polisə göndərib.

Baş nazir Donald Tusk və müdafiə naziri Vladislav Kosinyak-Kamış sosial şəbəkədə polisə operativ və qətiyyətli reaksiyasına görə təşəkkür ediblər.

Polşada təhlükəsizliklə bağlı narahatlıqlar davam edir. Ölkədə məktəblərdə baş verən zorakılıq halları və Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqəli təhlükəsizlik riskləri diqqət mərkəzindədir.

Qeyd edək ki, avqust ayında Polşada yüksək vəzifəli siyasətçilərə qarşı sui-qəsdə çağırış etməkdə şübhəli bilinən 23 yaşlı şəxs də saxlanılıb. 2024-cü ildə isə Donald Tusk Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdindən sonra təhdidlər aldığını bildirib.

Aylin Bayraməliyeva


Paylaş
Şərh əlavə et