Bu gün:

İmmiqrasiya agentləri İlhan Omarın evində axtarış aparıblar


ABŞ-nin immiqrasiya agentləri bazar ertəsi səhər Minnesota ştatının nümayəndəsi İlhan Omarın evində “cinayət işi üzrə istintaq” çərçivəsində axtarış aparıblar.

24Media.az BBC News saytına istinadən xəbər verir ki, Daxili Təhlükəsizlik Araşdırmaları agentləri Vaşinqtonda yerləşən evdə məhkəmənin icazəsi ilə axtarış keçiriblər.

Prezident Donald Trampın açıq tənqidçilərindən biri olan İlhan Omar bu axtarışı “siyasi rəqibləri hədəfə almaq və federal hüquq-mühafizə orqanlarından siyasi məqsədlər üçün istifadə etmək cəhdi” kimi qiymətləndirib.

Nərmin Nəcəfova

Paylaş
Şərh əlavə et