İldə iki dəfə milyardlarla quş yay və qış aylarını keçirdikləri yerlər arasında səyahət edir. Bəziləri yüzlərlə, hətta minlərlə kilometr məsafə qət edir və daha sonra geri qayıdır. Bəs onlar doğru yolu necə tapırlar?

Foto: fit4brain
Heç vaxt miqrasiya etməmiş gənc quşlar belə çox vaxt hara uçmalı olduqlarını bilirlər. Onların bir çoxu ilk səyahətlərinə valideynləri olmadan başlayır.
Alimlərin fikrincə, quşlar istiqaməti müəyyən etmək və naviqasiya qabiliyyətlərindən istifadə edirlər. Günəş və ulduzlar uçuş istiqamətini müəyyənləşdirməyə, daxili bioloji saat isə günün vaxtını və mövsümü nəzərə almağa kömək edir.
Quşlar həmçinin insanların hiss edə bilmədiyi bəzi təbii siqnalları qəbul edir və Yerin maqnit sahəsindən istifadə edirlər. Bu xüsusiyyət onlara uzun məsafələr qət edərkən istiqamətlərini müəyyənləşdirməyə imkan verir.
Beləliklə, günəş, ulduzlar, maqnit sahəsi və ətrafdakı təbii göstəricilər quşların miqrasiya zamanı yollarını tapmasında mühüm rol oynayır. Bu sayədə onlar minlərlə kilometr məsafə qət edərək əvvəllər olduqları yerlərə geri qayıda bilirlər.
Mənbə: allaboutbirds.org
Tərcümə etdi: Aysel Mehtizadə
