Bu gün:

“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək


Bu axşam saat 20:00-da “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqasında "Tvente"yə (Niderland) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq pley-off oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.

24media.az “APA-Economics”-ə istinadən xəbər verir ki, məlumata görə, “Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. “Nərimanov” və “28 May” stansiyalarında əlavə tədbirlər görüləcək.

Gün ərzində qatarlar mövcud qrafik üzrə hərəkəti davam etdirəcək.

Fidan Ağayeva

Paylaş
Şərh əlavə et