“Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na dəyişiklik edilib.

24media.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na 6 nömrəli əlavə – “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısı”na İran İslam Respublikası daxil edilib.
Bu qərar 2026-cı il 1 mart tarixindən tətbiq edilir və 2026-cı il 31 dekabr tarixinədək qüvvədədir.
Qeyd edək ki, bu il fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.
Fidan Ağayeva
