İsveçrənin Tusis şəhərindəki restoranlardan birində naməlum səbəbdən yanğın baş verib. Yanğın nəticəsində səkkiz nəfər yaralanıb, beş nəfər itkin düşüb.
Thusis şəhərində yanğın
24media.az “BBC News” saytına istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında restoranın ikinci mərtəbəsində baş verib.
Polis bildirib ki, təxminən 100 yanğınsöndürən hadisə yerinə cəlb edilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Nərmin Nəcəfova
