Bu gün:

Berlin yaxınlığındakı meşədə silah anbarı aşkarlanıb




Almaniyanın hüquq-mühafizə orqanları ötən il paytaxt Berlin yaxınlığındakı meşəlik ərazidə gizlədilmiş tapançalar tapıb.  

24media.az xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung" qəzeti NDR və WDR telekanalları ilə birgə hazırladığı hesabatda məlumat yayıb. 

Təhlükəsizlik xidmətləri aşkarlanan silahların Rusiya kəşfiyyatının sifarişi ilə sui-qəsdlər törətmək üçün nəzərdə tutulduğunu ehtimal edir. Əməliyyat tədbirləri çərçivəsində şübhəli şəxslərdən biri Rumıniyada saxlanılıb. İstintaq onun həmin gizli anbarın təşkilatçısı ola biləcəyini ehtimal edir. Məsələ ilə bağlı Rusiya Federasiyasının səfırliyinə ünvanlanan şərh sorğusu isə hələlik cavabsız qalıb.

Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et