Ev heyvanını peyvənd etməzdən əvvəl onun qurd və parazitlərə qarşı müalicəsini aparmaq və heyvan üçün sakit rejim təmin etmək lazımdır. Bu barədə «Radio 7»yə müsahibəsində «Dostumun pəncəsini tut» ictimai hərəkatının həmtəsisçisi Aleksandra Nurieva danışıb.

Foto: vetunior
Onun sözlərinə görə, qurd əleyhinə müalicə vacibdir, çünki parazitlər heyvanın immunitetini zəiflədə bilər. Belə olan halda orqanizmin peyvəndə reaksiyası daha güclü və gözlənilməz ola bilər.
Mütəxəssis peyvənddən bir gün əvvəl stresli vəziyyətlərdən və uzun gəzintilərdən uzaq durmağı tövsiyə edir. Həmçinin ev heyvanının öyrəşdiyi qidalanma rejimini və həyat tərzini kəskin şəkildə dəyişmək məsləhət görülmür.
Peyvənddən dərhal əvvəl heyvan baytar tərəfindən müayinə olunmalıdır. Mütəxəssis onun vəziyyətini və davranışını qiymətləndirəcək və yalnız bundan sonra peyvənd edilməsinin mümkün olub-olmamasına qərar verəcək.
Mənbə: tatarstan24.tv
Tərcümə etdi: Aysel Mehtizadə
