Bu gün:

ABŞ-də sahildə 30-a yaxın ölü köpəkbalığı tapılıb


Si-Ayl-Siti şəhərinin sahilində, ABŞ-nin Nyu-Cersi ştatında 29 ölü katran köpəkbalığı aşkar edilib. ABC-nin məlumatına görə, heyvanlar təxminən 10 kvartal uzunluğunda ərazidə tapılıb.

Foto: Jean Woloszczyk / Unsplash

Ölən köpəkbalıqlarının əksəriyyəti kiçik ölçülü olub. Okeanoloq Stiven Naqieviçin sözlərinə görə, katran köpəkbalıqları adətən sürü halında yaşayır və Nyu-Cersi sahillərində onlara mütəmadi olaraq rast gəlinir.

Mütəxəssis hesab edir ki, köpəkbalıqlarının ölümü təsadüfən balıq torlarına düşmələri nəticəsində olub. Onun sözlərinə görə, balıqçılar onları yenidən dənizə atmış, daha sonra isə axın ölmüş heyvanları sahilə çıxarmış ola bilər. Ancaq ölümün dəqiq səbəbi hələ müəyyən edilməyib.

Mənbə: snob.ru
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et