Bu gün:

Qırğızıstanın enerji sistemi təcrid olunmuş rejimə keçib


Qırğızıstanın enerji sistemi Qazaxıstanın enerji sisteminin şimal və cənub hissələrini birləşdirən yüksəkgərginlikli xətdə baş verən xarici kəsintidən sonra müvəqqəti olaraq təcrid olunmuş rejimdə işləməyə başlayıb.24media.az “Report”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Energetika Nazirliyi məlumat yayıb.

Hazırda vəziyyət energetika mütəxəssislərinin nəzarətindədir. Onlar iş rejiminin sabitləşdirilməsi və elektrik təchizatının normal sxeminin bərpası üçün lazımi tədbirlər görürlər.

Nazirlikdən bildirilib ki, hazırda istehlakçıların elektrik enerjisi ilə təchizatı fasiləsiz həyata keçirilir.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et