Avropada yay mövsümündə baş verən güclü meşə yanğınları Fransa və İspaniyada geniş əraziləri əhatə edib. Təbii fəlakət nəticəsində yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb. Mütəxəssislər bu yanğınları son illərin ən dağıdıcı hadisələrindən biri kimi qiymətləndiriblər. Havanın həddindən artıq isti və quraq keçməsi alovun sürətlə yayılmasına səbəb olub. Hazırda hər iki ölkədə yanğınların qarşısının alınması istiqamətində intensiv tədbirlər görülür.
İspaniyada Madrid ətrafında baş verən yanğınlar yüzlərlə kvadrat kilometr ərazini külə çevirib. Fransanın Bordo şəhəri yaxınlığındakı Gironde bölgəsində isə iki yüz mindən çox insan təxliyə olunub. Alovun sürətlə yayılması meşələrə, kənd təsərrüfatı sahələrinə və yaşayış məntəqələrinə ciddi ziyan vurub. Yanğınlarla mübarizəyə minlərlə yanğınsöndürən, hərbçi və polis əməkdaşı cəlb edilib. Həmçinin xüsusi təyyarələr və ağır texnikalar vasitəsilə alovun qarşısını almaq üçün geniş əməliyyatlar aparılıb.
Mütəxəssislər bildiriblər ki, iqlim dəyişikliyi belə yanğınların sayını və miqyasını artırıb. Yüksək temperatur və quraqlıq yanğınların daha sürətlə yayılmasına şərait yaradıb . Buna görə də Avropa ölkələri yanğınlarla mübarizə imkanlarını gücləndirməyə çalışıblar. Hazırkı vəziyyət göstərir ki, təbii fəlakətlərə qarşı hazırlıq tədbirləri daha da artırılmalıdır. Yanğınların tam söndürülməsi və təhlükənin aradan qaldırılması üçün işlər davam etdirilib.
Mənbə: BBC NEWS
Tərcümə etdi: Fidan Mənsimova
