Bu gün:

Rumıniya hava limanı ilin əvvəlindən 2 milyon sərnişinə xidmət göstərib


Rumıniyanın Kluj-Napoka şəhərində yerləşən Avram Yanku Beynəlxalq Hava Limanı ilin əvvəlindən etibarən 2 milyondan çox sərnişinə xidmət göstərib.

24media.az "AZƏRTAC"a istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə artım deməkdir. Hava limanından bildirilib ki, əsas məqsəd 2045-ci ilədək aeroportun illik sərnişin tutumunu 10 milyona çatdırmaqdır.

Məlumata görə, 2025-ci ildə hava limanı rekord göstəriciyə nail olaraq 3 milyon 582 min sərnişin qəbul edib. Bu il isə sərnişin axınının artması fonunda 13 yeni aviareys istiqaməti əlavə olunub və bir sıra marşrutlar üzrə uçuşların sayı artırılıb.


Hazırladı: Nuray Mürsəlova 


Paylaş
Şərh əlavə et