Bu gün:

İspaniya DÇ-2026-nın qalibi olub


İspaniya futbol üzrə dünya çempionatının finalında Argentinaya qalib gələrək qızıl medallara sahib çıxıb.

 24media.az'ın "Report"a əsasən verdiyi məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda oynanılan qarşılaşmada ispanlar 1:0 hesablı qələbə qazanıblar.

Qalibiyyət qolu əlavə vaxtda vurulub. 106-cı dəqiqədə Ferran Torres qapını dəqiq nişan alıb.

Bununla da İspaniya tarixində ikinci dəfə dünya çempionu olub.

Qeyd edək ki, üçüncü yer uğrunda matçda İngiltərə Fransaya 6:4 hesabı ilə qalib gəlib.

Hazırladı: Nuray Mürsəlova 

Paylaş
Şərh əlavə et