İngiltərədə bir pilot test uçuşu zamanı maraqlı hadisə ilə diqqət çəkib. O, uçuş marşrutunu dəyişərək səmada “mən darıxıram” sözlərini yazıb. Hadisə ictimaiyyətin marağına səbəb olub.

Pilot bu yazını yaratmaq üçün təxminən iyirmi dəqiqə ərzində kəskin dönüşlər edib. Uçuşun ümumi müddəti iki saat davam edib və marşrut xüsusi proqram vasitəsilə qeydə alınıb. Şirkət nümayəndələri bildiriblər ki, uçuş zamanı heç bir texniki problem aşkar edilməyib. Hadisədən sonra pilota hər hansı cəza verilməyib. Şirkət onun peşəkar uçuş bacarıqlarını yüksək qiymətləndirib. Bu maraqlı hadisə sosial şəbəkələrdə və mediada geniş müzakirə olunub.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
