Rusiyada heyvanlara əleyhinə olan allergiyaya qarşı vaksin hazırlanır. Bu barədə Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko məlumat verib.

Foto: medyunion
“Hazırda allergiyaya qarşı vaksin preparatları hazırlanma mərhələsindədir. Hazırlıq prosesi başa çatdıqdan sonra bu barədə rəsmi məlumat veriləcək”, – deyə Muraşko “Rusiya və dünya: sağlam uzunömürlülüyün trendləri” forumunda bildirib.
Hazırda Rusiyada bu xəstəliyə qarşı mübarizə üçün xüsusi yerli istehsal olunan vaksin mövcud deyil.
Allergiya XXI əsrin epidemiyası adlandırılır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son 50 ildə allergik xəstəliklərin yayılması 3–4 dəfə artıb.
Heyvanlara qarşı allergiyası olan şəxslərdə onların epitelinə və tükünə qarşı yüksək həssaslıq müşahidə olunur. Güman edilir ki, uzunmüddətli remissiyaya nail olmaq üçün 1–3 müalicə kursu keçmək lazım olacaq.
Mənbə: penzainform
Tərcümə etdi: Aysel Mehtizadə
