Fransada davam edən həddindən artıq isti hava şəraiti ölkənin bir çox bölgəsində ciddi narahatlıq yaradıb. Güclü istilərə görə 72 vilayətdə narıncı xəbərdarlıq elan olunub. Mütəxəssislər isti havaların həftəsonunadək davam edəcəyini bildiriblər.
Havanın temperaturunun bəzi ərazilərdə 41 dərəcəyə çatacağı proqnozlaşdırılıb və bu vəziyyət meşə yanğınlarının yayılmasını sürətləndirib. Daxili işlər naziri Loran Nünez könüllü yanğınsöndürənlərin daha operativ şəkildə səfərbər olunması üçün müvafiq göstəriş verib. Həmçinin yüksək temperatur səbəbindən bəzi qatar reysləri ləğv edilib və Qolfeş şəhərindəki atom elektrik stansiyasının bir reaktorunun fəaliyyəti müvəqqəti dayandırılıb.
Fransada müşahidə olunan ekstremal istilər nəqliyyata, energetikaya və ətraf mühitə mənfi təsir göstərib. Dövlət qurumları yanğınların qarşısının alınması və əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər həyata keçiriblər. Vətəndaşların rəsmi xəbərdarlıqlara əməl etməsi və ehtiyatlı davranması böyük əhəmiyyət daşıyır.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
